Accessibility links

ABŞ-ın tədqiqat qrupunun verdiyi məlumata görə, prezident Barak Obamanın Seula səfəri zamanı Şimali Koreyanın nüvə sınağı keçirəcəyin ədair "kiçik sübut" var.

Cənubi Koreya bu həftə Şimali Koreyanın Punqye nüvə obyektində fəaliyyətlərin artdığını bildirib.

Bəzi müşahidəçilər cənab Obamanın cümə günün baş tutacaq səfəri zamanı provokasiya olacağını ehtimal edir. Onlar qeyd edir ki, Şimal bu yaxınlarda yeni nüvə sınağı həyata keçirə biləcəyini bildirib.

ABŞ-Koreya İnsitutu təsdiq edib ki, peyk şəkilləri Şimalım Punqyedə yeni əməliyyatlara başladığını göstərir.
XS
SM
MD
LG