Accessibility links

Əfqanıstanda prezident seçkisinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanması başlayıb. İkinci turda prezidentliyə namizədlər Abdulla Abdulla və Əşrəf Qani arasında rəqabət gedir.

Taliban döyüşçülərinin səsverməyə mane olacaqları ilə bağlı hədələrinə baxmayaraq, ölkədə genişmiqyaslı hücumların baş verdiyi müşahidə edilməyib. Daxili İşlər naziriyi yol kənarında yerləşdirilmiş bomba və raket hücumları kimi təxminən 150 kiçik hücum barədə məlumat verib.

Amerikanın Səsinin Kabildəki müxbirinin bildirdiyinə görə, şənbə günü paytaxtın özündə bir neçə partlayış baş verib, lakin tələfatlar barədə məlumat verilməyib

Əfqanıstan hərbi qüvvələri təhlükəsizliyi gücləndirərək, yoxlama məntəqlərinin sayını artırıb, avtomobillərin yoxlanışını keçirib və yük maşınlarının Kabilə daxil olmasına icazə verməyib.

Prezidentliyə namizədlər Birləşmiş Ştatlarla yaxın hərbi əlaqələrin saxlanmasına söz verib. Bu, 10 min Amerika əsgərinin əks-terror əməliyyatlarının keçirilməsi, habelə Əfqanıstan ordusu və polisinə təlim verilməsi məqsədilə daha iki il ölkədə qalmasına imkan veriləcəyi deməkdir.
XS
SM
MD
LG