Accessibility links

Çak Heygel: ABŞ Asiyada müttəfiqlərini dəstəkləmək əzmindədir


ABŞ-ın Müdafiə naziri Çak Heygel Çinlə hər hansı bir münaqişə baş versə Birləşmiş Ştatların öz müttəfiqlərini dəstəkləyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Pentaqon rəhbəri bu açıqlamaları Pekində çinli həmkarı Çanq Vanquanla görüşdən sonra verib.

Çak Heygel deyib ki, Vaşinqton uzun müddətdir onun müttəfiqləri olan Yaponiya və Filippinin müdafiəsinə dair təəhhüdlərinə sadiq qalır. Asiyanın bir sıra ölkələri kimi Yaponiya və Filippin Çini su hövzəsi ilə əlaqədar iddialarını təmin etmək üçün hədə-qorxu siyasəti yeritməkdə günahlandırır.

ABŞ müdafiə naziri həmçinin Çini keçən il Tokionun da iddia etdiyi adaların daxil olduğu hava müdafiə zonası yaratmasını tənqid edib.

“ABŞ bu məsələdə olduqca aydın mövqe bildiib. Bu da ondan ibarətdir ki, birincisi, hər bir ölkənin hava müdafiə zonası yaratmaq hüququ var, amma bunu təktərəfli şəkildə, əlaqələndirməmiş, məsləhətləşməmiş etmək hüququna malik deyil. Bu, tərəflər arasında gərginliyin və anlaşılmazlığın artmasına gətirib çıxara və təhlükəli münaqişə ilə nəticələnə bilər.”

Birgə mətbuat konfransında Çinin Müdafiə naziri Çanq Vanquan ölkəsinin mövqeyini müdafiə edərək, Pekinin mübahisələrdə heç bir güzətə getməyəcəyini bildirib.

Ərazi mübahisələri və bunun nəticəsində yaranmış gərginliklər Çak Heygelin Çinə üç gün sürən səfəri zamanı müzakirələrin diqqət mərkəzində olub.

Çin rəsmiləri ABŞ-ın Asiyada hərbi mövcudluğuna mənfi münasibət bəsləyərək, bunu Pekinin artmaqda olan hərbi potensialının qarşısının alınması cəhdi kimi qiymətləndirir.
XS
SM
MD
LG