Accessibility links

Çili rəsmiləri paytaxt Santyaqodan 120 kilometr şimal-qərbdə, Valparayso liman şəhərində güclü yanğının 12 nəfərin ölümünə və azı 2000 evin yararsız hala düşməsinə səbəb olduğunu deyib.

Dünən ölənlərin sayının 16 nəfər olduğunu elan edilsə də, bir qədər sonra rəqəmin daha az olduğu bildirilib. Həbsxanadan 200 qadın dustaq da daxil olmaqla 10 mindən çox insan evakuasiya edilib.

Yanğın şənbə günü meşədə köhnə evdən başlayıb.

Yanğınsöndürənlər yanğının qarşısını almağa çalışdıqca, Sakit okeandan gələn külək alovu daha da gücləndirir.

Yanğınsöndürənlərə yardım etmək məqsədi ilə fövqəladə hal təyyarələri alovun güclü olduğu ərazilərə su töküb.

Prezident Mişel Baçelet əsayişin qorunması və oğurluq hallarının baş verməməsi səbəbilə silahlı qüvvələri cəlb edib və şəhərdə fövqəladə vəziyyət elan olunub. Rəsmilər evləri yanmış sakinləri müvəqqəti sığınacaqlarla təmin edib.
XS
SM
MD
LG