Accessibility links

Çilinin şimal-qərb sahilində baş vermiş 8.2 bal gücündə zəlzələ təxminən beş nəfərin ölümünə səbəb olub. Zəlzələ nəticəsində Sakit okeanda sunamiyə görə ölkənin sahil bölgələrindən əhali evakuasiya edilib.

ABŞ-ın geologiya xidməti zəlzələnin episenterinin İkike liman şəhərindən təxminən 100 kilometr şimal-qərbdə olduğunu bildirib. Zəlzələnin ardınca biri 6.2 bal gücündə olmaqla, bir neçə yer titrəyişi baş verib. Yer titrəyişləri Boliviya və Peruda da hiss edilib.

Çili rəsmiləri iki metr hündürlüyündə dalğaların sahil bölgəsində yerləşən şəhərlərə çatdığını deyib. Rəsmilər daha hündür dalğaların olacağı barədə xəbərdarlıq edərək, şəhər sakinlərinin tez zamanda evakiasiya edilməsinə çağırıb.

Çilinin fövqəladə hallar nazirliyi torpaq sürüşmələri nəticəsində yol və şosselərin bir hissəsinin keçilməz olduğunu deyib. Minlərlə evə elektrik enerjisinin verilməsi kəsilib. Bəzi sakinlər gecəni açıq havada keçirməli olub.
XS
SM
MD
LG