Accessibility links

Çin iqtisadiyyatında bu ilin birinci rübündə 7,4 faiz artım müşahidə edilib. Bu, 18 ay ərzində dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ikinci ən böyük ölkəsi üçün ən aşağı göstəricidir.

7,4 faiz artım iqtisadiyyatçıların gözləntilərindən daha yüksək olub. Amma bu yenə də 2013-ü ilin son üç ayında əldə edilmiş 7,7 faizdən aşağı göstəricidir.

Yerli istehlaka əsaslanan daha davamlı iqtisadiyyata keçən Pekinin 2014-cü il üçün yeni hədəfi 7,5 faiz artıma nail olmaqdır.

Çin liderləri hazırda daha zəif iqtisadi göstəricilərə tolerant münasibət göstərib və əsaslı iqtisadi yardım paketlərini ləğv edib.

Buna baxmayaraq, bu ayın əvvəli Çin dəmir yolu və münasib qiymətlərə yeni evlərin inşası layihələrinə yardım paketi haqda məlumat açıqlayıb.
XS
SM
MD
LG