Accessibility links

ABŞ maliyyə naziri Cek Lyu Çini yuan valyutasının dəyərinin müəyyən edilməsi üçün bazarın daha böyük rol oynamasına imkan verməyə çağırıb.

Cek Lyu bu açıqlamanı Çinin baş naziri Li Keqianq və vitse-prezident Vanq Yanqla görüşündən əvvəl Pekində verib.

Pekin mart ayında yuan valyutasının dollara nisbətdə daha çox rəqabət apara bilməsi üçün şərait yaradacağını elan edib.

Vaşınqton bu addımı yüksək qiymətləndirib, lakin ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda Çinin valyutasının dəyərinin hələ də olduqca aşağı səviyyədə saxlandığını deyib.

Yuanın dəyərinin aşağı olması Çin mallarının amerikalılar üçün daha ucuz qiymətə satılmasına, ABŞ mallarının isə Çində qiymətinin daha yüksək olmasına səbəb olur. Bu isə Çin ixracatının daha üstün mövqedə olmasına gətirib çıxarır.

Lyu eyni zamanda, Çini öz bazarlarını xarici investorlar üçün daha çox açmasına çağıraraq, ABŞ-ın daha şəffaf, balanslı ticarət münasibətləri tərəfdarı olduğunu deyib.
XS
SM
MD
LG