Accessibility links

Çinlə Hindistan arasında yüksək səviyyəli danışıqlar aparılır


Çin və Hindistan xarici işlər nazirləri iki ölkə arasındakı sərhəddə gərginliyin azaldılması və iqtisadi münasibətlərin inkişaf etdirilməsinə dair müzakirələr aparıb.

Çin xarici işlər naziri Vanq Yi və hindistanlı həmkarı Suşma Svarac bu gün Dehli şəhərində 3 saatdan çox danışıqlar aparıb.

Hindistan rəsmiləri deyir ki, hər iki ölkə iqtisadi əlaqələrdə üzə çıxarılmamış potensialın olduğunu etiraf edir.

Bu, keçən ay Hindistanın yeni baş naziri Narendra Modinin səlahiyyətlərinin icrasına başlamasından bəri Çinlə ilk yüksək səviyyəli görüşdür. Canqın iki gün sonra cənab Modi ilə də görüşü gözlənilir.
XS
SM
MD
LG