Accessibility links

Şimali Koreya 1950-ci il münaqişəsində ayrı düşmüş ailələrin unifikasiyasını rədd edib


Şimali Koreya 1950-ci ildə Koreya müharibəsindən sonra ayrı düşmüş ailələrin görüşdürülməsi barədə Cənubi Koreyanın təklifini rədd edib.

Seulun Unifikasiya Naziri bildirib ki, Şimali Koreya yayımladığı bəyanatda danışıqların bərpası üçün müvafiq şəraitin yaradılmadığını bildirib.

Cənubi Koreya unifikasiya üçün gələn həftə danışıqlar keçirilməsini təklif edib. Unifikasiya keçən ay üç il ərzində ilk dəfə müvəqqəti olaraq bərpa edilmişdi.

Ailələrin bir araya gəlməsi yüksək səviyyədə danışıqlardan sonra baş vermişdi. Bu görüşdən sonra Şimal və Cənub arasında əlaqələrin yaxşılaşaçağına ümid edilirdi.

Cənubi Koreya prezidenti Park Qeun-hyi ayrı düşmüş ailələrin məktub və video mesaj vasitəsi ilə əlaqə saxlamalarına imkan yaradacaq təklif irəli sürmüşdü.

Şimal və Cənubi Koreyalıların biri-biri ilə əlaqə saxlamasına hökümət tərəfindən qadağa qoyulub. Hər iki ölkə arasında əlaqələr 1950-ci il münaqişəsindən sonra gərgin olaraq qalır.
XS
SM
MD
LG