Accessibility links

Şimali Koreya dövlət xəbər agentliyinin məlumatına görə, lider Kim Conq Un ölkənin ən yüksək qanunverici orqanının rəhbəri seçilib. Bazar günü keçirilən seçkilərdə o, namizəd olduğu rayondan 100 faiz səs toplayıb.

Səsvermədə 687 seçki dairəsindən bir namizəd irəli sürülüb və Ali Xalq Məclisi üçün seçicilərin yalnız bir seçimi olub.

Son 5 ildə ilk dəfədir keçirilən seçkilər gənc lider Kim Conq Un üçün də ilk səsvermədir.

Məclis Şimali Koreya Konstitusiyasına görə ən güclü qurumdur.
XS
SM
MD
LG