Accessibility links

Cənubi Koreya ölkənin su sərhəddində yerləşən ada yaxınlığında qəzaya uğramış pilotsuz təyyarənin Şimali Koreyaya aid olduğunu bildirib.

Kiçik pilotsuz təyyarə çərşənbə axşamı Baenqnyeonq adasında tərəflər arasında suda arttileriya atəşlərinin açılmasından bir neçə saat sonra tapılıb .

Cənubi Koreyanın unifikasiya naziri Şimali Koreyanın pilotsuz təyyarəni hansı məqsədlə göndərdiyi barədə fikir bildirməyib. Ancaq Cənubi Koreya mediasının yaydığı məlumata görə, pilotsuz təyyarə tərəflər artileriya atəşləri açan vaxt müşahidə aparırmış.

Bazar ertəsi günü Şimali Koreya Cənubi Koreyanın su sərhəddi istiqamətində 100 arttileriya atəşi açıb. Seul buna cavab olaraq Şimali Koreya istiqamətində atəş açıb. Hadisə zamanı yaralanan olmayıb.

ABŞ və Cənubi Koreya arasında hər il keçirilən birgə hərbi təlimlər tərəflər arasında gərginliyin son həftələr artmasına və Şimali Koreyanın silsilə ballistik raketlər sınağı keçirməsinə səbəb olub.

BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın balistik raketlərini sınaqdan keçirməsini pislədikdən sonra, Pxenyan rəsmiləri yeni tipli nüvə sınağı keçiriləcəyi ilə təhdid edib.
XS
SM
MD
LG