Accessibility links

ABŞ tarixində ən uzun müddət televiziya şou aparıcısı olan Deyvid Lettermen istefaya çıxdığını elan edib. Amma pərəstişkarlarının təəssüflənmələrinə ehtiyac yoxdur. Belə ki, tok-şoular babası dərhal ekranlardan uzaqlaşmayacaq.

Deyvid o, və şousunda musiqiçi əməkdaşı Paul Şafferin yaxın gələcəkdə, 2015-ci ildə təqaüdə çıxacaqlarını deyib. “Nəhayət ki, Paulla mən evlənə biləcəyik,” deyə Deyvid zarafat edib.

Gecə Yarısı Deyvid Lettermenlə şousu NBC televiziya kanalında 1982-ci ildə, Deyvid Lettermenlə Gecə Şousu isə 1993-cü ildə CBS kanalında ekranlara çıxmağa başlayıb. Ümumilikdə Deyvid 1970-ci ildən bəri verliş aparır. O, xəbərdən şok keçirən və ayaq üstə onu alqışlayan pərəstişkarlarına 67 yaşı olduğunu və ailəsi ilə daha çox vaxt keçirmək istədiyini deyib.

Bu günlərdə yayılan xəbərdə Lettermenı məşhur komediya ustası Stefen Kolbertin əvəzləyəyəci deyilir. Cimmi Fallon bu il Cey Lenonu əvəz etdi. Görünür qocaman TV şoumenlərinin əvəz edilmələrinin zamanı çatıb.
XS
SM
MD
LG