Accessibility links

Əbdülrəhman Egiz: “Krımda rus əsgərlərini görən xalqımız sürgünü xatırlayır” [Audio-müsahibə]


Abduraman Egiz

Abduraman Egiz

Hazırda Krımda olan Krım Tatar Milli Məclisinin üzvü referendumla bağlı son məlumatları çatdırır

Ukraynanın Krım regionunda Ukraynadan ayrılaraq Rusiyaya birləşməyə dair referendum keçirildiyi bir vaxt Krım Tatar Milli Məclisinin üzvü Əbdülrəhman Egiz Amerikanın Səsinə müsahibəsində Krımda vəziyyətin kritik olduğunu bildirib. Hazırda Krımda olan cənab Egiz Krım tatarlarının bugünkü səsverməni referendum kimi tanımadığını və səsvermədə iştirak etmədiyini bildirib.


“Bunun bir neçə səbəbi var. Birincisi, bu “referendum” Ukrayna Konstitusiyasına ziddir. İkincisi, Krım parlamenti referendum qərarını silahlıların, terrorçuların basqısı altında olan zaman qəbul edilib. Üçüncü səbəb isə, bizim üçün ən önəmli səbəblərdən, – Krım tatar xalqı, Krımda kökənli xalqdır. Soyqırım və sürgün səbəblərindən azlığa düşmüşük. Krımın gələcəyi yalnız Krımda riyazi üstünlüyə malik çoxluq tərəfindən deyil, Krımın kökənli xalqının razılığı ilə müəyyən edilməlidir”, deyə Əbdülrəhman Egiz Amerikanın Səsinə bildirib.

Hazırda regionda vəziyyətin çox kritik olmasına baxmayaraq xalqı təmkin göstərməyə çağırdıqlarını bildərən cənab Egiz deyib ki, xalıq bu məsələnin beynəlxalq bir problemə çevrildiyinə inandırmağa çalışırlar: “Xalqımızı sakit saxlamaq çox çətindir. Onlar etiraz nümayişlərinin təşkilini tələb edir. Krımda rus əsgərlərini görən xalqımız soyqırımı, sürgünü xatırlayır. Onlara cavab vermək istəyirlər. Hər gün gecə xalqımız yaşadıqları qəsəbələri səhərədək qoruyurlar”.

Krım Tatarları Milli Məclisinin üzvü deyir ki, Krım referendumla Rusiyaya birləşsə, tatar xalqı dünya ictimaiyyətinin təcili yardımını gözləyəcək. “Çünki vəziyyət hər an faciəli vəziyyət ala bilər” – deyə Əbdülrəhman Egiz bildirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG