Accessibility links

Rəsmilərin bildirdiyinə görə Əfqanıstanın şərqində intiharçı hücumu nəticəsində üç türk mühəndis öldürülüb.

Partlayış mühəndislər səhər tezdən Nanqahar vilayətində işə gedərkən baş verib. Vilayət sözçüsü Əhməd Ziya Abdulzay deyib ki, intiharçı motesikletə yüklədiyi partlayıcı qurğunu türk inşaat fəhlələri ilə dolu avtobusun yanında partladıb.

İnşaat qrupu Behsud rayonunda layihə üzərində işləyir. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Bundan başqa bu gün əfqan rəsmiləri Taliban intiharçıları və silahlı şəxslərinin Helmənd vilayətində Qreşk rayonunun qubernatorunun iqamətgahına hücum etdiyini deyib. Hadisə zamanı ikisi polis olmaqla azı üç nəfər öldürülüb.
XS
SM
MD
LG