Accessibility links

Yüzlərlə insan Kabil küçələrində Əfqanıstanda prezident seçkisinin ikinci turunda baş vermiş pozuntulara etiraz edərək aksiyalar keçirir.

Etiraz aksiyalarının dinc keçməsinə baxmayaraq, hava limanına gedən əsas yolda nəqliyyat dayanıb. İğtişaş polisi nümayişçilərin hava limanına daxil olmasının qarşısını alıb və zorakılığın baş verməməsi üçün ərazini mühafizə edib.

Əfqanıstanın keçmiş xarici işlər naziri Abdulla Abdulla seçki komissiyasının rəsmilərini prezident seçkilərinin nəticələrini onun rəqibi olan Əşrəf Qaninin xeyrinə saxtalaşdırmağa çalışmaqda ittiham edib.

BMT əfqanları prezident seçkisi ilə əlaqədar yardım istənildiyi halda kömək göstəriləcəyinə əmin edib. Həm Abdulla Abdulla, həm Əfqanıstan prezidenti Həmid Karzai BMT-ni müdaxilə etməyə çağırıb.
XS
SM
MD
LG