Accessibility links

Əfqanıstanın şimalında yerləşən Faryab vilayətində bazarda baş verən partlayış 15 insanın ölümü ilə nəticələnib.

Vilayətin qubernatorunun bildirdiyinə görə, intiharçı üzərindəki bombanı Faryabın paytaxtı Maimanın olduqca məşğul bazarında partladıb. Hadisə zamanı təxminən 40 adam yaralanıb.

Hücum Əfqanıstanda aprelin 5-də keçiriləcək prezident seçkilərinə hazırlıq getdiyi ərəfədə baş verib.

Hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Ancaq bu yaxınlarda Taliban yaraqlıları prezident seçkilərinə əngəl törətmək üçün kütləvi hücumlar keçirəcəyini bəyan edib.

Bomba hücumları Taliban tərəfindən prezident Həmid Karzaya qarşı dəfələrlə işlədilən bir taktikadır.

Beynəlxalq hərbi qüvvələrin ölkənin təhlükəsizliyini Əfqanıstan qüvvələrinə həvalə etdiyi vaxt yeni seçiləcək prezident yeni dövrün mürəkkəb sınaqları ilə üzləşməli olacaq.
Xarici qüvvələrin bu ilin sonunadək Əfqanistanı tərk edəcəyi gözlənilir.
XS
SM
MD
LG