Accessibility links

Əfqanıstanda prezident seçkisində Abdulla Abdulla liderliyi saxlayır


Əfqanıstanda prezident seçkisində keçmiş xarici işlər naziri Abdulla Abdulla liderliyi saxlasa da, qələbə üçün o, səs çoxluğu qazanmalıdır.

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının bildirdiyinə görə, ilkin nəticələr Abdullanın səslərin 44 faizini alaraq irəli olduğunu, keçmiş maliyyə naziri Əşrəf Qaninin isə səslərin 33 faizini aldığını göstərir.

Hələlik aprelin 5-də keçirilmiş prezident seçkisində səslərin yarısı hesablanıb. Rəsmi nəticələrin mayın 14-də elan ediləcəyi gözlənilir.

Prezidentliyə səkkiz namizəddən heç biri səs çoxluğu ala bilməsə, o zaman prezident seçkisinin ikinci turu keçiriləcək.

Prezident Həmid Karzay Əfqanıstan konstitusiyasına görə üçüncü müddətə ölkə prezident seçilə bilməz. Həmid Karzay 2001-ci ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Taliban hökumətini devirməsindən sonra Əfqanıstanın prezidenti olub.
XS
SM
MD
LG