Accessibility links

Əfqanıstan rəsmiləri bildirir ki, polisin iki xarici jurnalistə atəş açması nəticəsində onlardan biri həyatını itirib, digəri isə yaralanıb.

Həlak olan şəxs Associated Press xəbər agentliyi üçün çalışan alman fotoqrafçı, 48 yaşlı Anca Niedrinqharusdur. Agentliyinin digər jurnalisti Kati Qannon iki güllə yarası alıb və vəziyyəti stabildir.

Rəsmilər atəş açan polisin həbs edildiyini bildirib. Hadisə Xost vilayətinin şərqində baş verib.

Associated Press xəbər agentliyi deyib ki, jurnalistlər Xostun mərkəzindən şəhərin kənarındakı məntəqələrə seçki bullitenlərini aparan qrupla bir yerdə avtomobildə səyahət edərkən onlara hücum olub.

Bölüm komandiri qəfildən maşına yaxınlaşaraq "Allahu Əkbər" qışqırmış və maşına AK-47 markalı avtomatdan atəş açmışdır.

Bu, son üç həftədə jurnalistlərə üçüncü ölümcül hücumdur. Şənbə günü seçkiləri yaxınlaşdıqca ölkədə zorakılıq halları artıb.

Taliban şənbə günü keçiriləcək president və vilayət şurası seçkilərinə maneələr törədəcəyini bildirmişdi.
XS
SM
MD
LG