Accessibility links

Misirin keçmiş ordu komandiri Abdel Fəttah Əl-Sissi seçkilərdə böyük üstünlüklə qələbədən bir həftə sonra, bu gün ölkənin yeni prezidenti kimi and içib.

Paytaxt Qahirədə Ali Konstitusiya Məhkəməsində keçirilən inaqurasiya mərasimində cənab Sissi Misir xalqının maraqlarını qoruyacağına söz verib.

Cənab Sissi hakimiyyətə gəlməsi ordunun islamçı prezident Məhəmməd Mursinin devirməsindən bir il sonraya təsadüf edir. Son seçkiləri boykot edən Mursinin Müsəlman Qardaşları ordunun dəstəklədiyi hökumətin təzyiq və zorakılıqlarına məruz qalıb. Sissi deyib ki, Müsəlman Qardaşlarının Misirdə gələcəyi yoxdur.

Yeni prezidenti davam edən zorakılıqlar qarşısının alınması və ciddi ziyan görmüş iqtisadiyyatın dirçəldilməsi kimi böyük sınaqlar gözləyir.
XS
SM
MD
LG