Accessibility links

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Tvitter qadağası qərarından sonra ona qarşı yönələn qeyri-tolerantlıq ittihamlarını rədd edib.

"Dedik Tvitteri bağlayacağıq. Bəzi media qurumları bizə hücum edir. Deyirlər ki, azadlıqlara qarşıdır. Kim olursa olsun, dinləmirəm. Dünya qarşımızda dayansa da, ölkənin təhlükəsizliyini təhdid edən hər hücuma qarşı tədbir görmək məcburiyyətindəyik" - deyə Rəcəb Tayyip Ərdoğan bildirib.

Cənab Ərdoğan İstanbulda keçirilən seçki kampaniyası nümayişində bu addımını müdafiə edərək sosial şəbəkə saytlarını onun hökumətinə qarşı "hər cür yalan" yaymaqda ittiham edib.

Bir müddət əvvəl Tvitterdə yayılan gizli səs yazısı martın 30-da keçiriləcək seçkilər öncəsi cənab Ərdoğan hökumətini çətin vəziyyətdə qoymuşdu.

Ərdoğan deyib ki, ikili standartlarla fəaliyyət göstərən Tvitter ABŞ və Britaniya tələb etdiyi hesabları bağlayır, ancaq Türkiyə, Ukrayna və ya Misirin problemləri olanda azadlıqları müdafiə edir.

Qadağaya baxmayaraq Türkiyədə çoxsaylı istifadəçi müəyyən yollarla Tvitterdən istifadəyə davam edir.
XS
SM
MD
LG