Accessibility links

Azərbaycan Türkmənistana qəti etiraz bildirib


Türkmənistan Rusiyanın Transxəzər qaz kəməri ilə bağlı mövqeyini qeyri-konstruktiv adlandırıb
Türkmənistan Rusiyanın Transxəzər qaz kəməri ilə bağlı mövqeyini qeyri-konstruktiv adlandırıb
İyunun 18-də Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunub və xarici işlər nazirinin müavini cənab Xələf Xələfov tərəfindən qəbul edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bildirib ki, 2008-ci ildə Azərbaycan və Türkmənistan prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər. Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən “Kəpəz” yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir. Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib, qeyd olunub ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.
XS
SM
MD
LG