Accessibility links

Səbayel rayonundakı Şıx və və Qaradağ rayonundakı Sahil çimərliklərinin ərazisində dənizdə çimmək məqsədəuyğun deyil. Monitorinqlər bu çimərliklərin ərazilərində dəniz suyunun bağırsaq çöpləri ilə normadan artıq çirkləndiyini müəyyən edib. Bu barədə Turan Agentliyinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi oktyabrın 15-dək ölkədəki bütün çimərliklərdə monitorinqləri davam etdirəcək



Onun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi oktyabrın 15-dək ölkədəki bütün çimərliklərdə monitorinqləri davam etdirəcək. Hər 15 gündən bir dəniz suyunun laborator müayinəsi aparılır.
Hazırda Abşeron yarımadasındakı 12 çimərlik ərazisindən 10-da dəniz suyu normalara uyğundur və vətəndaşlar bu çimərliklərdə çimə bilər.
“Çimərlik ərazilərində çoxsaylı özəl və dövlət çimərlik obyektləri fəaliyyət göstərir. Sanitar texniki göstəricilərinə görə, özəl sektora məxsus çimərliklərdə vəziyyət daha qənatbəxşdir”, - o bildirib.
XS
SM
MD
LG