Accessibility links

Dünən “Eurovision-2012" mahnı müsabiqəsinin ilk məşqləri və mətbuat konfransı keçirilib. Müsabiqənin keçiriləcəyi Baku Crystal Hall-un Mətbuat Mərkəzi də rəsmən media nümayəndələrinin istifadəsinə verilib.

“Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib ki, Eurovision-2012-ni yerli jurnalistlərlə yanaşı 1500-dən çox əcnəbi jurnalist işıqlandıracaq. O habelə bildirib ki, bundan başqa İştirakçı ölkələrin 1000 nəfərə yaxın nümayəndə heyətləri üçün əla şərait yaradılıb.

Eurovision.az saytı xəbər verir ki, dünən Eurovision 2012 səhnəsində Monteneqro təmsilçisi Rambo Amadeus, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, Latviyadan Anmari, İslandiya təmsilçisi Qreta Salome və Jonsi, Albaniyanın nümayəndəsi Rona Nişliu, Rumıniya təmsilçisi "Mandinga", İsveçrə təmsilçisi "Sinplus", Belçikadan İris və Finlandiya təmsilçisi Pernilla uğurlu məşq keçirib.

Bu gün İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya ilk məşqlərinə çıxıb.

Xatırladaq ki, Azərbaycan bir il əvvəl mayın 14-də Düsseldorfdakı Eurovision Mahnı Müsabiqəsində qələbə qazanmışdı. Məhz həmin gün "Esprit" arenada keçirilən müsabiqədə Azərbaycan təmsilçiləri Eldar və Nigar "Running Scared" mahnısı ilə yarışmanın birincisi olması Azərbaycanda 2012-ci ilin müsabiqəsinə ev sahibliyi etmək imkanı yaratmışdı.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG