Accessibility links

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook bu gündən etibarən ictimai ticarət şirkətinə çevrilir.

Mərkəzi Kaliforniyada yerləşən şirkət Nasdaq Birja Mübadiləsində səhmlərini 38 dollara satacaq. İlkin İctimai təklif (IPO)- investorların səhmləri ala biləcəyi orta başlanğıc qiymətin 16 milyard dollara qalxacağı gözlənilir. Belə olacağı təqdirdə, bu, ABŞ maliyyə sisteminin tarixi ərzindəə ən böyük IPO olacaq və burada onun cəmi yaxın rəqib qalacaq: maliyyə xidmətləri şirkəti VİSA və avtomobil istehsalçısı General Motors.

IPO Facebook dəyərini 104 milyard dollara yüksəldib.

Qlobal və tanınmış şirkətin bir hissəsini almağa tələbat yüksək olduğu üçün bəzi analitiklər milyonlarla Facebook səhminin satılacağını ehtimal edir. Səhm birjada "FB" simvolu ilə satışa çıxarılacaq.

Ancaq bəzi ekspertlər müştərilərə gözləməyi məsləhət görür və deyir ki, şirkətin böyüməyə davam edəcəyinə əmin olmaq və səhmləri almamışdan əvvəl nə qədər reklam sata biləcəyini görmək lazımdır.

Son aylarda Facebook-un reklam gəlirləri azalıb və bu, şirkətin uzun müddətli yeksək reytinqini şübhə altına alır.

Bu həftə 28 yaşı tamam olan Facebook-un sahibi Mark Zukerberq Facebook veb səhifəsini 8 il əvvəl tələbə yataqxanasında başladıb. Hazırda sosial şəbəkənin 900 milyondan çox istifadəçisi var.

XS
SM
MD
LG