Accessibility links

Bəşar Əsəd Rusiya televiziyasına müsahibə verib


Suriya prezidenti Bəşar əl-Əsəd nadir televiziya müsahibələrindən birində deyib ki, onun hökuməti demokratiya fəallarına qarşı deyil, xarici qüvvələrin dəstəklədiyi terrorçulara qarşı döyüşür.

Rusiya telekanalına verdiyi müsahibədə cənab Əsədin beynəlxalq tənqidlərə və atəşkəsə çağıran sülh planına baxmayaraq dissidentlərə qarşı zorakılığa son qoymağa çox az təşəbbüs göstərdiyi anlaşılır.

Cənab Əsəd kiçik yerli müxalifətlə üzləşdiyini demiş, və xarici dövlətlərə xidmət edənlərin onu hakimiyyətdən devirmək istədiklərini əlavə etmişdir.

"Birincisi onlar ordu deyillər və azad deyillər, çünki onlar silahları müxtəlif xarici ölkələrdən alırlar. Onlar illərdir qanunları pozan cinayətkarlardır və dəfələrlə etdikləri cinayətlərə görə məhkum olunublar"-deyə Bəşar əl-Əsəd bildirib.

O, habelə Suriyadakı BMT müşahidəçilərini hökumət qüvvələrinin zorakılıqlarını ədalətsiz şəkildə tənqid etməkdə və "terrorçular"ın hücumlarına məhəl qoymamaqda ittiham edib.

XS
SM
MD
LG