Accessibility links

Suriyada atəşkəs real görünmür


Suriya fəalları deyir ki, ölkədə zorakılıqlar nəticəsində 23 nəfər həlak olub. Bir ildir davam edən zorakılıqlara son qoymaqda çətinlik çəkən BMT isə atəşkəs planını tətbiq etmək üçün Suriyaya daha çox müşahidəçi göndərib.

Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, üsyançılar bu gün Deyr Ezzor vilayətində döyüşlər zamanı 12 əsgəri öldürüb. Açıqlamada deyilir ki, hökumət qüvvələrinin roketlər və avtomat silahlardan cavabı nəticəsində isə bir mülki vətəndaş həlak olub.

Müşahidəçilər habelə bildirir ki, İdlibə minomyot hücumu 10 nəfərin həyatına son qoyub. Onlardan 9-u bir ailənin üzvü olub.

Ölən və yaralanların sayının müstəqil mənbələr tərəfindən təsdiq etmək mümkün deyil.

XS
SM
MD
LG