Accessibility links

Suriyadakı münaqişə qonşu Livana yayılır


Livan rəsmiləri deyirlər ki, Beyrutda ağır döyüşlər zamanı 2 nəfərin həlak olması Suriyadakı münaqişənin qonşu ölkəyə yayılması qorxularını artırır.

Rəsmilər bilir ki, Tariq əl-Cadidə rayonunda silahlı qruplaşmalar arasında toqquşma olub. Döyüşçülər səhər saatlarında yolları bağlayaraq avtomat silahlardan atəş açıblar.

Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyən Livan ələviləri ilə Suriya müxalifətinə rəğbət göstərən sünni müsəlmanlar arasında toqquşmalar dünən Livan əsgərlərinin sünni din xadimini aparan avtomobilə atəş açmasından sonra baş qaldırıb. Atəş nəticəsində həlak olan ruhani Əhməd Əbdül-Vahid və onun yardımçısı Livanın anti-Əsəd alyansının üzvləri idi.

Livan ordusu açıqlama verərək dərin təəssüf hissi keçirdiyini və hadisənin araşdırılacağını bildirib. Ruhani liderin tərəfdarları onun öldürülməsinə etiraz əlaməti olaraq ölkənin şimalında yolları bağlayıb və avtomobil təkərləri yandırıb.

Keçən həftədən başlayan anti-Əsəd qüvvələrlə Əsəd tərəfdarları arasındakı toqquşmalar 8 nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG