Accessibility links

Suriyada BMT müşahidəçilərinə hücum olub (FOTOLAR)


Suriyada Birləşmiş Millətlər Təşkilatının müşahidəçilərinə məxsus maşın karvanını müşayiət edən zirehli maşınlar bomba hücumuna məruz qalıb. Hadisə beynəlxalq elçi Kofi Annanın ölkədəki hökumət əleyhinə üsyanın vətəndaş müharibəsi ilə nəticələnə biləcəyini deməsindən sonra baş verib.

Partlayış BMT müşahidəçiləri iğtişaşların mərkəzi olan Dəra şəhərinə çatması ərəfəsində həyata keçirilib. Hadisə nəticəsində ən azı 6 nəfər xəsarət alıb.

BMT-nin baş katibi Ban Ki Mun ofisinin bəyanatında hücum və digər zorakılıqlar tərəflərin atəşkəsə əməl etmə vədlərinə zidd adlandırılıb. Hadisə zamanı müşahidəçilər arasında yaralanan olmayıb.

Müşahidəçilər cənab Annanın vasitəçiliyi ilə əldə edilən sülh planının tərkib hissəsi olan kövrək atəşkəsə nəzarət etmək üçün Suriyanın bütün şəhərlərinə səfər edirlər.

XS
SM
MD
LG