Accessibility links

Millət vəkili Mustafa Əfzəlifərd sənaye müəssisələrinin 80 faizinin qapandığını deyir

“Ərdəbil vilayətində sənaye müəssisələrinin 80 faizi bağlanıb,” deyə Ərdəbil vilayətinin parlamentdəki təmsilçisi bildirib. Bu xəbəri İranın Mehr xəbər agentliyi yayıb.

Millət vəkili Mustafa Əfzəlifərd vilayət jurnalistləri ilə söhbətində xəbər verib ki, Ərdəbili təmsil edən millət vəkilləri Sənaye, Mədən və Ticarət naiziri ilə görüşmüş və bu sahəyə büdcədən əlavə pul ayrılmasını xahiş etmişlər.

Cənab Əfzəlifərd qeyd edib ki, İran Konstitutsiyası büdcələrin vilayətlər arasında ədalətli paylaşılmasını nəzərdə tutur.

Onun sözlərinə görə sənaye müəssisələrinin qapanması regionda işsizliyin artmasına səbəb olub. Rəsmi statistikanın həqiqəti əks etdirməyidiyni deyən Əfzəlifərd bildirib ki, əsl işsizlik rəqəmi 14.8 faizdir. Cənab Əfzəlifərd fermerlərin nəhəng borclarla üzləşdiyini və məhsullarını çox vaxt ucuz satmağa məcbur olduqlarını qeyd edib.

8 il bundan öncə Ərdəbili İran parlamentində təmsil edən Əkbər Ələmi Azərbaycan vialyətlərinə büdcədən az pul ayrılmasına görə şikayət etmişdi. Mustafa Əfzəlifərd ikinci millət vəkilidir ki, Azərbaycan mahallarına lazımi miqdarda pul ayrılmamasından gileylənir.
XS
SM
MD
LG