Accessibility links

Almatı-Bakı təyyarəsi qəza enişi edib, zərərçəkən yoxdur


Airbus

Airbus

Almatı-Bakı reysini yerinə yetirən Airbus-A320 təyyarəsi tüstülənmə baş verməsi səbəbindən qəza enişi edib. Qəza havada baş verdiyindən təyyarə saat 11.20-də yaxınlıqdakı Çimkənd aeroportuna eniş edib.
”Air Astana” şirkətinin məlumatına görə, tüstülənmə yük yerindəki tibb çantasında baş verib. Sərnişinlər ziyan çəkməyib, tüstülənmə aradan qaldırılıb.
Bakı Hava Limanının məlumat bürosundan Amerikanın Səsi radiosuna bildiriblər ki, Almatı-Bakı reysi ilə uçan təyyarə yerli vaxtla saat 12.55-də Bakı hava limanında yerə enməli idi. Təyyarənin gəlişi təxirə salınıb.
XS
SM
MD
LG