Accessibility links

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrini tələsdirir


Avropa İttifaqı
Avropa İttifaqı

Qurum tərəfdaşlarına sıx siyasi assosiasiya və dərin iqtisadi inteqrasiya təklif edir.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) ölkələri ilə münasibətləri dönüş mərhələsindədir. Bu barədə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə Komissarı Ştefan Füle Avropa Qonşuluq Siyasətinin İnformasiya Mərkəzinə müsahibəsində bildirib.
“Şərq tərəfdaşları ilə münasibətlərin əsas prioriteti Varşava Şərq Tərəfdaşlığı Sammitində (29-30 sentyabr, 2011) qəbul edilmiş irimiqyaslı proqramın səmərəli həyata keçirilməsidir. Biz öz tərəfdaşlarımıza sıx siyasi assosiasiya və dərin iqtisadi inteqrasiya təklif etdik”, deyə Füle bildirib.
Onun sözlərinə görə, ŞT proqramının həyata keçirilməsində Aİ-nin əsas aləti assosiasiyalar haqqında sazişlərdir. Onlar həmçinin müvafiq regionlarda hərtərəfli azad ticarət zonalarının yaradılmasına yönəlib.
“Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda assosiasiyalar haqqında sazişlər üzrə hələlik danışıqlar aparılmır və bizim prioritetimiz onların maksimum sürətlə inkişafıdır. 2013-cü ildə ŞT-nin növbəti sammitinin keçirilməsinə qədər onların yekunlaşdırılmasına və ya hətta imzalanmasına yaxın olmaqdır”, deyə o bildirib.
Həmçinin, Fülenin sözlərinə görə, Aİ-nin əhalinin səfərbərliyi sahəsində geniş fəaliyyət planı var. Onun əsas məqsədi vizasız rejim qurulmasıdır.
“Biz vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı gücləndirmək, vətəndaş cəmiyyəti təşkilatlarına maliyyə yardımını artırmaq və Şərq Tərəfdaşlığı ölkələri gənclərinin “hamı üçün Erasmus” təhsil proqramımızda iştirakını fəallaşdırmaqla, gəncliyə investisiyaları artırmaqdır.
Regionda nisbətən durğun keçən bir neçə ildən sonra demokratiya daha dərin kök salır, daha məsuliyyətli idarəetmə formasına və vətəndaş hüquq və əsas azadlıqlarına riayət olunması sahəsində vəziyyətin yaxşılaşdırılmasına meyllik müşahidə olunur.
“12 ay ərzində Aİ böyük iş görüb. Biz siyasət alətlərimizi adaptasiya etdik. Danışıqların yenilənməsi üzrə işi davam etdiririk, yeni ticarət danışıqlarının aparılması üçün mandat almışıq, səfərbərlik üzrə dialoqlara başlamışıq, maliyyə yardımımızın istiqamətini dəyişmişik və artırmışıq (demokratiyaya keçid, iqtisadi inkişaf və insanlar arasında əlaqələrin qurulması üçün 600 mln. avro). AİB və AYİB mandatlarının genişləndirilməsi ilə tərəfdaş ölkələrdə əlavə böyük investisiyalara çıxış əldə etdik”, deyə Avropa Komissiyasının üzvü bildirib.
Fülenin sözlərinə görə, bu istiqaməti saxlamaq lazımdır, amma tərəfdaş ölkələrin əksəriyyəti artıq Aİ-nin təklif etdiyi yeni Avropa Qonşuluq Siyasətini alqışlayıblar və Aİ ilə siyasi və iqtisadi islahatları daha da qətiyyətlə davam etdirməyə və daha fəal əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Şərq tərəfdaşları ilə əməkdaşlıq demokratiya, insan hüquqları və qanunun aliliyi dəyərlərinə birgə sədaqətə əsaslanır. Buna görə, tərəfdaş ölkələrdə demokratiyanın daha da möhkəmləndirilməsi birinci dərəcəli vəzifə olaraq qalır, deyə o bildirib.
“Şərq tərəfdaşlığı” Aİ-nin 6 postsovet ölkəsi – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş qonşuluq siyasəti çərçivəsində Polşa-İsveç təşəbbüsüdür. Layihə çərçivəsində Avropa İttifaqı 2013-cü ilə qədər adı çəkilən ölkələrə 600 mln. avro ayırmağı nəzərdə tutur.
XS
SM
MD
LG