Accessibility links

Davudoğlu: "Təyyarə beynəlxalq hava hövzəsində olan zaman vurulub"


Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu

Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Suriya Türkiyə hərbi təyyarəsini beynəlxalq hava məkanında uçan zaman vurub.

Cənab Davudoğlu dövlət telekanalı olan TRT-ə açıqlamasında Aralıq dənizi üzərində vurulan zaman pilotların təyyarənin radar qabiliyyətini sınaqdan keçirdiyini deyib.
Nazir deyir ki, təyyarə Suriya hava hövzəsinə çox qısa müddətə daxil olub, ancaq vurulandan 15 dəqiqə əvvəl artıq təyyarə Suriya ərazisini tərk edibmiş.

NATO-nun bildirdiyinə görə, qurumun nümayəndəsi iki gün sonra Türkiyə rəsmiləri ilə görüşərək məsələni müzakirə edəcək. Beynəlxalq alyans Türkiyənin məsələ ilə bağlı konsultasiya istədiyini bildirib.

Dünən Türkiyə prezidenti Abdulla Gül hərbi təyyarənin Suriyanın hava hövzəsini bilmədən poza bildiyi ehtimalını istisna etməyib, lakin deyib ki, insident cavabsız qalmayacaq.
XS
SM
MD
LG