Accessibility links

İsaxan Aşurov mükafatının kriteriyaları bu ilin sonunadək müəyyən olunacaq


Vəkil İsaxan Aşurov
Vəkil İsaxan Aşurov

Dünən iyun ayının 23-ü Sülh və Demokratiya İnstitutu İsaxan Aşurov mükafatı təsis edib.

İnstitutun direktoru Leyla Yunus Amerikanın Səsinə verdiyi açıqlamada deyib ki, yenicə təsis edilən bu mükafat insan hüquqları, demokratiya uğrunda mübarizə aparan şəxslərə veriləcək. "Bizim institutut ən çox qanunu pozan hakimləri simvolik "Zolaqlı mantiya" mükafatı ilə təltif edir. Əslində bu mükafat hər ildə bir nəfərə verilməli olsa da, bəzən iki-üç nəfərə də verilir. İsaxan Aşurov mükafatını da ildə bir nəfərə verməyi nəzərdə tutsaqda bu konkret deyil"-deyə xanım Yunus Amerikanın Səsinə bildirib.

O, mükafatın kriteriyalarının bu ilin sonunadək tam müəyyənləşəcəyini və mükafatın gələn ildən təqdim ediləcəyini bildirib. Leyla Yunusun sözlərinə görə, hələlik mükafatın konkret nədən ibarət olacağı da bəlli deyil. "İsaxan bəy sağ olanda, hər hansı bir demokratiya tərəfdarı həbs olunsaydı, o, həmin adamın yanında olurdu, ona vəkillik edirdi. İndi o yoxdur, ona görə də biz çalışacağıq ki, demokratiya uğrunda mübarizə aparanlara İsaxan Aşurov mükafatı ilə kömək edib"-deyə institutun direktoru bildirib.

Leyla Yunusun sözlərinə görə, Sülh və Demokratiya İnstitutu İsaxan Aşurovun adının hər il anılmasını, səsinin həmişə eşidilməsini istəyir.

XS
SM
MD
LG