Accessibility links

Məhəmməd Mürsi Misirdə birlik hökumətinin təşkilinə başlayıb


Mohamed Morsi Becomes First Freely Elected Egyptian President
Mohamed Morsi Becomes First Freely Elected Egyptian President
Misir prezidenti Məhəmməd Mürsi ölkənin demokratik yolla seçilən ilk sivil prezidenti olandan bir gün sonra koalisiya hökumətinin təşkilinə başlayıb.

Bazar günü sabiq baş nazir əhməd Şəfiq üzərində qələbə qazanandan sonra cənab Morsi mülki administrasiya formalaşdırmaq üzərində işə başlayıb.

İslamçı prezidenti milli bölünmələrin qarşısını almaq və dini azlıqlar, o cümlədən qadınlar daxil olmaqla bütün misirlilərin hüquqlarının bərabər qorunması kimi çətin bir vəzifə gözləyir. Birlik hökumətinin formalaşdırılacağına jest olaraq cənab Mürsi artıq Musəlman Qardaşlardan və Ədalət və Azadlıq Partiyasında istefa verib.

Ancaq başlıca sual Misirin inqilabdan sonrakı prezidentinin nə qədər gücə malik olması ilə bağlıdır. Hakimiyyətin tam olaraq seçiləcək prezident veriləcəyinə vəd edən Misir hakim hərbi şurası prezidentin ən böyük səlahiyyətinin əlindən alınması istiqamətində addım atıb. Bu ayın əvvəllərində Müsəlman Qardaşlarının başçılıq etdiyi parlamentin aşağı palatası buraxıldıqdan sonra hərbi şura icraedici hakimiyyəti öz əlinə alaraq qanunverici orqana da nəzarət etdiyini iddia edir.

Müsəlman Qardaşları ordunun bu addımını rədd edib və cənab Mürsi tərəfdarları prezidentin səlahiyyətləri bərpa olunmayanadək paytaxt Qahirədəki Təhrir meydanında qalacaqlarına söz verib.
XS
SM
MD
LG