Accessibility links

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr günü qeyd olunur. Silahlı Qüvvələr günü 1998-ci il mayın 22-də Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə elan edilib.
26 iyun 1918-ci ildə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə müntəzəm ordu hissəsi - xüsusi Azərbaycan Korpusu yaradılıb. Bu qərar Silahlı Qüvvələrin yaradılması üçün hüquqi əsas olub.
1998-ci ilədək Azərbaycanda Silahlı Qüvvələr günü oktyabrın 9-da qeyd olunurdu. 1991-ci ilin bu günündə Azərbaycan Ali Şurası Milli Özünümüdafiə Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib.
2009-ci ildə milli ordunun yaradılmasının 90-cı ildönümü münasibəti ilə “Azadlıq” meydanında ölkə tarixində ən böyük hərbi parad keçirilib. Paradda 4510-a yaxın hərbiçi iştirak edib, onlarla müxtəlif tipli hərbi texnika nümunəsi nümayiş etdirilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri ali pilotaj elementləri nümayiş etdirib.
Turan Agentliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri 125 min nəfərdən çox şəxsi heyətdən ibarətdir.
2012-ci ildə Azərbaycanın hərbi büdcəsi 3.6 milyard ABŞ dollarından çoxdur.
XS
SM
MD
LG