Accessibility links

Piter Svale: Gələcəkdə kiber müharibələr olacaq


Piter Svale
Piter Svale
Sosial Media üzrə beynəlxalq ekspert Piter Svale Amerikanın Səsi radiosuna müsahibəsində sosial medianın avtoritar rejimlərə təsirlərindən danışıb. Onun sözlərinə görə, sosial medialar siyasi rejimlərin planlarını alt-üst edib və buna nəzarət edilmir.
“Hər hansı siyasi liderin gündəliyində olan vacib məsələdən adi bir video ictimai diqqəti daha çox cəlb edir. Artıq bütün xalqlar sosial jurnalistə çevrilib. Daha cəmiyyəti liderlər inandıra bilmir”.

Ekspert hesab edir ki, ərəb inqilablarından sonra siyasi rejimlər internetə ciddi alət kimi yanaşmağa başlayıb. “Bu rejimlər nəinki internetə nəzarət etməyə çalışır, həm də sosial şəbəkələr vasitəsi ilə aktivistləri izləyirlər. “Çin və İran rejimləri bəlkə də internet aktivistləri qədər güclüdür. Amma, keçmiş Sovet məkanında insanların öz fikirlərini bildirməsi üçün alternativ potensial mövcuddur”.
Cənab Svalenin fikrincə, dövlətlərin internet bacarıqları artdıqca bir-birinə qarşı xaker hücumları da artır. “Bu gələcək kiber müharibələrin olacağından xəbər verir. İndi dövlətlərin ağıllı xakerləri bir-biri ilə mübarizə edir”.
XS
SM
MD
LG