Accessibility links

Senatorlar Birmada ABŞ biznesinə maneələri aradan qaldırmağa çağırırlar


ABŞ-ın hər iki partiyasını təmsil edən senatorlar Birma ilə biznes qurmaq istəyən Amerika şirkətləri üçün maneələrin sürətlə aradan qaldırılması məqsədi ilə hökumətə təzyiqlər edirlər.

Çərşənbə günü Demokrat Cim Veb və Respublikaçı Ceyms İnhof bu fikirləri iyirmi ildən artıq müddətdə ilk dəfə ABŞ səfirinin Birmaya göndərilməsinin təsdiqi üçün təşkil olunmuş dinləmədə səsləndiriblər.

“Vaxt indi böyük əhəmiyyət daşıyır. Əgər biz aktiv şəkildə hərəkətə keçməsək, tezliklə Birmanın daxili maliyyə sisteminin inkişafına təsir imkanlarını itirə bilərik. Elan edilmiş qərarların həyata keçirilməsi və idxala qadağalar kimi əlavə sanksiyaları azaltmaqda davam etmək vacibdir.”

Senatorlar president Barak Obamanın ABŞ-ın Birmada səfiri vəzifəsinə irəli sürdüyü veteran diplomat Derek Mitchellin namizədliyini dəstəkləyirlər və onun təsdiq olunması prosesini sürətləndirməyə çalışacaqlar.

Mitchell keçən ilin mart ayından bəri hakimiyyət mülki hökumətə ötürüldükdən sonra Birmada xüsusi elçi kimi xidmət etmiş və demokratik islahatlara yardım etmişdir.
XS
SM
MD
LG