Accessibility links

Beynəlxalq fəza stansiyasındakı kosmonavtlar bazar günü yerə qayıdıb. Kosmonavtları daşıyan Soyuz gəmisi bazar günü Qazaxıstanda Baykonur kosmodromunda yerə enib. Soyuz Beynəlxalq Fəza Stansiyasından bazar günü ayrılıb.

Amerikalı Don Petit, rusiyalı Oleq Kononenko və hollandiyalı Andre Puipresi kosmik fəzada altı aydan çox sürən missiyalarını başa çatdırıb.

Kosmonavtları əvəz edən digər üç kosmonavt hazırda Beynəlxalq Fəza Stansiyasında qalır.

Birləşmiş Ştatların şatl proqramını iyul ayında dayandırmasından sonra Rusiya Beynəlxalq Fəza Stansiyasına kosmonavtların çatdırılması missiyasını yerinə yetirən yeganə ölkədir.
XS
SM
MD
LG