Accessibility links

İran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır


Iran-Submarines

Iran-Submarines

Tehran hərbi dəniz donanmasının gücləndirilməsi proqramını həyata keçirir

İranın yarı-rəsmi Fars agentliyinin verdiyi məlumata görə, Tehran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır. Fars agentliyi admiral Abbas Zaminiyə istinadən xəbər verib ki, İran Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın da çıxışı olduğu Xəzər dənizində “yüngül” sualtı qayıqlar yerləşdirilməsini planlaşdırır. Admiral detallara varmayıb.

İran və Azərbaycan arasında son zamanlar münasibətlərin gərginləşdiyi müşahidə edilir. Rəsmi Tehran Azərbaycanı İsrailin kəşfiyyat agentliyi Mossadla əlaqəsi olan İran əleyhdarı terrorçulara sığınacaq verməkdə, ittiham edir. Azərbaycan isə öz növbəsində İranı islamçı dissidentlərə dəstək verməkdə günahlandırır.

İranın Xəzər dənizində hansı tipli sualtı qayıqlar yerləşdirməyi planlaşdırdığı hələlik aydın deyil. İranın arsenalında səkkiz sualtı qayığın mövcud olduğu məlumdur. Bunların üçü Rusiya istehsalı olan “Paltus” tipli, dördü isə Cənubi Koreya istehsal edilmiş kiçik qayıqlardır. Dizel-elektrik mühərrikə malik “Nəhəng” sualtı qayıq isə İranın özündə istehal edilib. Bu sualtı qayıqların hamısı Fars körfəzindəki bazalardadır.

İyun ayında İran atom sualtı qayığın istehsalına başlanılacağını elan etmişdi. Bu, İranın hərbi dəniz donanmasının gücləndirilməsi məqsədilə genişmiqyaslı hərbi gəmi istehsalı proqramının bir hissəsidir.

İranın yaxın zamanlarda öz istehsalı olan 10 hərbi gəmi istehsalını planlaşdırdığı deyilir.
Bundan öncə İranın beynəlxalq sularda mövcudluğunu artırmağa çalışdığı haqda məlumatlar verilmişdir.
XS
SM
MD
LG