Accessibility links

Bəşar Əsəd: "Türkiyə ilə gərginlik silahlı münaqişəyə gətirib çıxarmayacaq"


Rais wa Syria Bashar al-Assad .

Rais wa Syria Bashar al-Assad .

Türkiyə qəzeti Suriya prezidenti Bəşar Əl-Əsəddən sitat gətirərək yazıb ki, o, Suriya qüvvələrinin keçən ay Türkiyə hərbi təyyarələrini vurub salmasına görə təəssüf hissi keçirir.

Cumhuriyyet qəzeti yazır ki, Suriya lideri təkidlə təyyarənin Suriya hava hövzəsində uçduğunu bildirib.

Cənab Əsəd Türkiyə ilə Suriya arasında vəziyyətin mümkün gərginləşməsini ehtimal etmədiyini bildirərək deyib ki, bu gərginlik ölkələr arasında siilahlı münaqişəyə gətirib çıxara bilməz.

Türkiyə Suriya sərhədi boyu müdafiə qüvvələrinin sayını artırıb və qəzet cənab Əsədə istinadən yazır ki, Suriya oxşar addımı atmayacaq.

Bu gün habelə Human Rights Watch Suriya hökumətini ittiham edən yeni hesabatını açıqlayıb. Hesabatda deyilir ki, hökumət 27 cəzaçəkmə müəssisəsində insanları işgəncələrə məruz qoyur və onları alçaldır.
XS
SM
MD
LG