Accessibility links

2004-cü ildə vəfat etmiş Yasir Ərafatın qəbri açıla bilər


İsveçrədə qərargahlanan Radio-fizika İnstitutuna əsasən Fələstinin mərhum prezidenti Yasir Ərafat əşyalarında radioaktiv zəhərlənmə elementinin izləri tapılıb.
İnstitutun sözçüsü Darsi Kristen Reuters xəbər agentliyinə bildirib ki, Ərafatin əşyalarında təəccüblü də olsa poloniumun səviyyəsi yüksək - 210 olub. Ancaq onun sözlərinə görə, Ərafatın tibbi göstəricilərində tibbi simptomlar poloniumun 210 olduğunu göstərmir.
İnstitut direktoru Françis Boçud Əl-Cəzirə telekanalına bildirib ki, 2004-cü ildə dünyasını dəyişən Fələstin liderinin ölümünə zəhərlənmənin səbəb olub-olmamasını araşdırmağın yeganə yolu onun qəbrinin açılmasından keçir. Ərafatın həyat yoldaşı Sula Əl-Cəzirəyə deyib ki, o, İordan çayının qərb sahilindəki Ramallah şəhərində dəfn edilən cəsədin çıxarılmasını tələb edə bilər.

40 ilə yaxın Fələstinliklərin Azadlıq Təşkilatına rəhbərlik etmiş Nobel Sülh Mükafatı laureatı Yasir Ərafat bir neçə həftə müalicədən sonra Parisdəki xəstaxanalardan birində 75 yaşında dünyasını dəyişmişdi.
XS
SM
MD
LG