Accessibility links

Rusiya prezidenti Vladimir Putin ölkənin cənubunda daşqınların 150-dən çox insanın həyatına son qoymasından sonra aidiyyəti qurumlardan cavab tələb edib.

Dövlət televiziyası cənab Putinin Fövqəladə Hallar Nazirliyinin rəsmiləri ilə danışdığını və rəsmilərin onu daşqının yaxınlıqdakı bənddə problemlər səbəbilə yaranmadığına əmin etdiyini göstərib. Bu iddianı yerli əhali irəli sürüb.

Daşqınların ən ciddi təsirinə məruz qalan Krimsk şəhərinin sakinlərinə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Keçən həftənin şənbə günü gecə yarısı ciddi daşqınlar evləri dağıdaraq, maşınları və qarşısına çıxan hər şeyə ğz cənginə alıb. Çox saylı sakinlərin boğulduğu deyilir. Şəhərlərin çoxu elektrik enerjisiz və içməli susuz qalıb.
XS
SM
MD
LG