Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton sülh prosesini müzakirə etmək üçün İsrail rəsmiləri ilə görüşür. Müzakirələrə Misir, Suriya və İran məsələləri də daxildir.

Birbaşa olmasa da da Fələstinlə İsrail arasında danışıqların davam etdiyi bir vaxt ABŞ diplomatı İsrail liderləri ilə iki tərəf arasındakı məktub mübadiləsini müzakirə etmək istəyir.

Xanım Klinton Qüdsə Misirdən səfər edib. Misir səfəri çərçivəsində o, prezidenti Məhəmməd Mursi və marşal Məhəmməd Hüseyn Tantavi ilə ABŞ-ın iqtisadi yardımı məsələsini müzakirə edib.

Dövlət katibi iyul ayının 6-sı 2 həftəlik səfərinin əvvəlində Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşmüşdü.
XS
SM
MD
LG