Accessibility links

Azərbaycanlı fəal Əmir Çəməni həbs cəzasına məhkum edilib

  • Insafəli Hidayət

Təbrizin İnqilab Məhkəməsi azərbaycanlı fəal Əmir Çəməni 5 ittiham üzrə həbs cəzasına məhkum edib.

O, ali ruhani rəhbər Ayətulla Əli Xamneyini təhqir etmə və İranın İslam İnqilabı əleyhinə təbliğat ittihamları da daxil edilməklə, 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İranın xəbər agentliklərinin məlumatına görə, prezident Mahmud Əhmədinejada xəyanət ittihamı ilə Çəməninin məhkəmə prosesi yaxın günlərdə bərpa edilməlidir.

3 ay əvvəl 50 milyon tümən müqabilində zaminə buraxılan müttəhim məhkəmənin son
qərarınadək azadlıqda olacaq.
XS
SM
MD
LG