Accessibility links

Suriyada üsyançılarla hökumət qüvvələri arasında döyüşlər bu gün də paytaxt Dəməşqdə davam edib.

Üsyançılar dünən ölkənin müdafiə nazirinin və iki başqa yüksək rütbəli rəsminin həyatına son qoyan bomba hücumunun məsuliyyətini öz üzərinə götürərək bildirib ki, bu, prezident Bəşar Əl-Əsəd rejiminin sonunun başlanğıcıdır.

Böyük Britaniya baş naziri Deyvid Kameron BMT Təhlükəsizlik Şurasını Suriyaya qarşı "sərt və aydın" sanksiyalar tətbiq etməyə çağırıb və cənab Əsədin hakimiyyətdən getməsinin vaxtının yetişdiyini deyib.

TŞ Qərbin dəstəklədiyi qətnamə layihəsini bu gün səsverməyə çıxarıb. Əsəd hökumətinə qarşı sərt sanksiyalar nəzərdə tutan qətnaməyə Rusiya və Çin tərəfindən veto qoyulub.

Qətnamə BMT nümayəndəsi Kofi Annanın 300 müşahidə missiyasını nəzərdə tutan sülh planını 45 gün müddətinə uzada bilərdi.

ABŞ-ın BMT-dəki səfiri Suzan Rays Təhlükəsizlik Şurasının Suriya ilə bağlı cəhdlərinin baş tutumadığını və Amerikanın müttəfiqləri ilə bərabər Əsəd rejiminə qarşı kənarda iş aparacağını deyib.
XS
SM
MD
LG