Accessibility links

Müsəlmanlar Ramazan bayramını qeyd edir


Müsəlman dini liderləri bu gündən Ramazan ayının başladığını elan edib.

Qəməri təqviminə görə müqəddəs ay yeni ayın doğması ilə başlayır və bu, da ölkədən ölkəyə dəyişir.

Ramazan müddətində müsəlmanlar gün doğandan gün batanadək oruc tutmalı, siqarət çəkməməli, içki içməməlidir. Bununla yanaşı onlar yaxşı işlər görməli və xeyriyyə ilə məşğul olmalıdır.

Bu ay təxminən 1400 il əvvəl müqəddəs Qurani-Kərimin Məhəmməd peyğəmbərə ilk dəfə nazil olmasını qeyd edir.

Bütün dünya boyu müsəlmanlar bu gündən başlayaraq 1 ay ərzində Ramazan ayını qeyd edəcək.
XS
SM
MD
LG