Accessibility links

Türkiyədəki qaçqın düşərgəsində insident yaşanıb


Turkey refugees
Turkey refugees
Türkiyə təhlükəsizlik qüvvələri Türkiyə-Suriya sərhədi yaxınlığındakı Suriya qaçqın düşərgəsindəki iğtişaşı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb.

Türkiyə mediasının bildirdiyinə görə, insident zamanı ən azı 7 qaçqın və zabit xəsarət alıb. Düşərgədən daha cənubda da döyüşlərin olması barədə məlumat daxil olub.

Suriyadakı zorakılıqlardan qaçan 43000-dən çox qaçqın Türkiyəyə pənah gətirib.

Ərazidə temperaturun 40 dərəcədən çox olması ərzaq, su və sığınacaq çatışmazlığı yaradır ki, bu da düşərgə sakinləri arasında gərginliyin artmasına səbəb olur.

ABŞ Dövlət Departamenti bildirib ki, Türkiyə, İraq, İordaniya və Livanla birlikdə Suriyadan pənah gətirən qaçqınlara sərhədlərini açıb.
XS
SM
MD
LG