Accessibility links

Hillari Klinton: ABŞ yeni nəslin QİÇS-dən azad olmasını istəyir


.
.

ABŞ Dövlət katibi Vaşinqtonda QİÇS-ə dair beynəlxalq konfransda çıxış edib

Vaşinqtonda QİÇS-ə dair beynəlxalq konfransda çıxış edən ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Amerika xəstəlikdən azad yeni nəslin yetişdirilməsi işinə sadiqdir.

Dövlət katibi Klinton deyib ki, ABŞ dünyada QİÇS-lə mübarizədə qələbəyə kömək edəcək davamlı səhiyyə sistemlərinin yaradılması üzərində işləyir. O qeyd edib ki, bu məqsədlə ABŞ Afrikada və dünyanın hər yerində xəsətliyin anadan uşağa keçməsinin qarşısını almaq üçün klinikaların yaradılması işinə hazırdır. Xanım Kinton Afrikada oğlanların sünnət olunması proqramlarına yüksək qiymət verərək, bunun QİÇS və onun vorusu olan HİV-in yayılmasının qarşısını almağa kömkə etdiyini bildirib.

Konfransda çıxış edən Britaniyadan rok ulduz Elton Con QİÇS-in yayılmasının qarşısının alınmasına mane olan stereotiplər əleyhinə danışıb.

BMT dünyada 34 mliyon insanın QİÇS xəstəsi, ya da HİV virusunun daşıyıcısı olduğunu bildirir. Təşkilatın məlumatına əsasən, 2011-ci ildə 1,7 mioyon insan QİÇS səbəbi ilə dünyasını dəyişib.

Vaşinqtonda beynəlxalq konfransda 20 mindən çox adam iştirak edir.




Vaşinqtonda QİÇS konfransı
please wait

No media source currently available

0:00 0:00:41 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG