Accessibility links

Prezidentliyə Respublikaçı namizəd Mitt Romni Suriya kimi repressiv hökumətlərin mövcud olduğu dünyada Polşanın azadlığı müdafiə edən ölkə kimi nümunə olduğunu deyib.

Bu gün Varşavada xarici siyasətlə bağlı çıxışı zamanı cənab Romni deyib ki, Birləşmiş Ştatlarla Polşa gələcəklə bağlı fikirlərdə həmrəydirlər. Cənab Romni eləcə də Avropadakı iqtisadi tənəzzülə baxmayaraq, Polşada iqtisadiyyatın daha yaxşı vəziyyətdə olduğunu deyib.

Bu gün Mitt Romni Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb. Bazar ertəsi isə o, ölkənin baş naziri Donald Task, sabiq prezident və Həmrəylik hərəkatının lideri Lex Valesa ilə görüşüb.
XS
SM
MD
LG