Accessibility links

Kabildə yaraqlılara qarşı reyd keçirilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün səhər tezdən təhlükəsizlik qüvvələrinin paytaxt Kabildə keçirdikləri əməliyyat zamanı azı yeddi yaraqlı öldürülüb.

Rəsmilər əfqan ordusunun Kabilin şərqində toplaşaraq, hücuma hazırlaşan yaraqlılara qarşı reyd keçirdiyini və yaraqlılarla qarşıdurmanın bir neçə saat davam etdiyini deyirlər. Hökumət qüvvələrinin yaraqlıların toplaşdığı ərazidən içərisinə bomba yerləşdirilmiş avtomobil və müxtəlif silahlar aşkar edildiyini bildirib.

Taliban isə onun yaraqlılarına qarşı heç bir reydin keçirilmədiyini deyib.

Bu gün eləcə də NATO yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində iki koalisiya işçisinin həlak olduğunu xəbər verib.

.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG